“Real” və PSJ “Liverpul”un müdafiəçisi ilə maraqlanır
27.02.2025 - 17:17
“Real” və PSJ “Liverpul”un müdafiəçisi ilə maraqlanır

“Liverpul”un müdafiəçisi İbrahima Konate yayda komandanı tərk edə bilər.

"Real Madrid" və PSJ-nin transfer rəqabəti

Apasport.az xəbər verir ki, futbolçu ilə “Real Madrid” və PSJ yaxından maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mersisayd təmsilçisi ilə müqaviləsi 2026-cı ildə başa çatacaq oyunçu, hələki Premyer Liqa komandası ilə yeni razılaşma əldə etməyib.

Xatırladaq ki, fransalı müdafiəçi 2021-ci ildə “Leypziq”dən 40 milyon avro qarşılığında “Liverpul”a transfer olmuşdu.

İbrahima Konate'nin bu mövsümki performansı

26 yaşlı Konate bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində çıxış etdiyi 30 rəsmi matçda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.