"Real"dan 2 qol, 3 xal, 2 ciddi itki
06.10.2024 - 01:09
"Real"dan 2 qol, 3 xal, 2 ciddi itki

Futbol üzrə İspaniya çempionatında IX turun oyunları keçirilir. 

Apasport.az xəbər verir ki, ikinci oyun günündə "Real Madrid" doğma meydanda "Vilyareal"ı qəbul edib.

"Kral klubu" Federiko Valverde və Vinisius Juniorun qollarıyla matçdan qalib ayrılıb: 2:0.

Amma bu 3 xal "Real"a baha başa gəlib.

Belə ki, matçın 2-ci hissəsində əvvəlcə Vinisius Junior zədələnərək görüşü vaxtından tez tərk etməli olub.

Matçın uzatma dəqiqələrində isə komandanın kapitanlarından olan Dani Karvaxal çox şanssız şəkildə zədələnib. Bəlkə də mövsümü vaxtından erkən bitirən Dani stadionu göz yaşlarıyla tərk edib.

Karvaxalın vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək.

Maraq üçün qeyd edək ki, Madrid klubunum heyətində Arda Güler 79-cu dəqiqədə oyuna daxil olub. 

0