Region Liqasında qalmaqal - 5 qırmızı vərəqə
27.03.2025 - 15:53
Region Liqasında qalmaqal - 5 qırmızı vərəqə

Region Liqasında keçirilən qalmaqallı İCBFA – “Xudat City” oyununda baş verənlərə hüquqi qiymət verilib.

Apasport.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi görüşün 80-ci dəqiqəsində yaşananlarla bağlı müvafiq qərarlar verib.

Tcavüzkar davranışa görə eyni dəqiqədə 5 futbolçu qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

İCBFA-nın futbolçuları Rüfət Cəbrayıllı, Fərhad Eyvazlı, Tural Səfərli, “Xudat City”nin oyunçuları Ranar Aşurbəyov və Telman Ağabalayev 4 oyun cəzalandırılıblar.