Renatın komandasından qələbə
19.10.2024 - 00:57
Renatın komandasından qələbə

Türkiyə 1-ci Liqasında IX turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşov da növbəti matçına çıxıb.

Onun şərəfini qoruduğu "Ankaragücü" "Yeni Malatyaspor"un qonağı olub. Paytaxt təmsilçisi səfərdə qələbə qazanıb - 3:0.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan Renat 82-ci dəqiqəqdə meydana daxil olub.

Qeyd edək ki, "Ankaragücü" 13 xalla 8-ci pillədə qərarlaşıb.

0