Türkiyədə təşkil olunan “Rize Cup” beynəlxalq futbol turnirinə start verilib.
Apasport.az xəbər verir ki, “Sabah”ın U-12 komandası turnirdə ilk oyunlarını keçirib. İlk matçda komanda yerli “Rizespor”la qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. “Sabah”ın heyətində Səhlab Məmmədov fərqlənib.
“Sabah” növbəti qarşılaşmasında “Başakşehir”i 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu Arda Fərəmuzov vurub.
Baş məşqçi Emin Salmanovun çalışdırdığı kollektiv üçüncü oyunda “Qaziantep”lə qarşılaşıb. “Bayquşlar” bu matçdan 3:1 hesablı qələbə ilə ayrılıb. Matçda hər üç qola Arda Fərəmuzov imza atıb. Üç oyundan sonra “Sabah”ın hesabında altı xal var.
- Premyer Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
- Füzuli Məmmədov: “Komandamızda yüksəliş hiss olunur”
- Vernidub: “Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq”
- “Neftçi” Yevlaxdan 3 xalla qayıdır - YENİLƏNİB
- Azərbaycanlı hakimlər üçün VAR təlim-tədris proqramı keçirilir