“Sabah” daha bir futbolçu ilə danışıqlara yekun vurub
05.07.2024 - 20:17
“Sabah” daha bir futbolçu ilə danışıqlara yekun vurub

Transfer çalışmalarını davam etdirən “Sabah” bir futbolçu ilə danışıqlara yekun vurub.

Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi Yuriça Prsiri transfer etmək fikrindən daşınıb.

Buna səbəb isə İvan Lepnitsanın transfer edilməsidir. Belə ki, “Sabah” eyni anda həm Lepnitsa, həm də Prsirlə danışıqlar aparıb. İvanın razılıq verməsindən sonra Yuriça variantından vaz keçilib. 

Qeyd edək ki, hər iki futbolçu ilə bağlı son fikrini “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç verib. 

Prsir “Dinamo” yetirməsidir. O, “Hayduk”da oynadıqdan sonra “Qoritsa”ya keçmişdi.

0