"Sabah" “Sumqayıt”ı darmadağın etdi - YENİLƏNİB
27.02.2025 - 21:23
"Sabah" “Sumqayıt”ı darmadağın etdi - YENİLƏNİB

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, günün ikinci oyununda "Sumqayıt" "Sabah"ı qəbul edib.

Görüş qonaqların üstünlüyü ilə keçib. "Bayquşlar" ikinci hissədə 4 qol vurub. Bununla da, komanda yarımfinala vəsiqə qazanıb.

"Sabah"ın burdakı rəqibi "Neftçi" - "Kəpəz" cütünün qalibi olacaq.

27 fevral

19:30 "Sumqayıt" – "Sabah" 0:4
Qollar: Anatoli Nuriyev, 55, Xəyal Əliyev, 71, Coy Lens Mikels, 82, Amin Seydiyev, 90+3

İlk oyun 0:0

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu