"Sabah"ın legioneri əməliyyat edilib
29.10.2024 - 12:15

"Sabah"ın futbolçusu İvan Lepinitsa əməliyyat olunub.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Xorvatiyanın Zaqreb şəhərində yerləşən klinikalardan birində çiyin oynağının bankart lezionu və çiyin bağlarının yırtığı əməliyyatı keçirib.
Əməliyyat uğurla başa çatıb.
Qeyd edək ki, xorvatiyalı Misli Premyer Liqasının 10-cu turunun "Zirə" - "Sabah"(1:1) matçının gedişində zədələnmişdi.
- Premyer Liqada 2 matçın başlama vaxtı dəyişdirilib
- Qarlı havaya görə təxirə salınmış oyunların vaxtı açıqlanıb
- Öz idarəçiliyinə təəssüflən, AFFA! - Sui-istifadə cəzası
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
- "Neftçi" azarkeşlərinə müjdə: Onlayn mağaza istifadəyə verilib
0
0