“Sabah”ın yeni transferi “Qarabağ” qarşı oynayacaq? - ÖZƏL
25.02.2026 - 11:41
Misli Premyer Liqasının XXII turu çərçivəsində “Sabah” səfərdə “Qarabağ”la qarşılaşacaq.
Qonaqların yeni transferi Patrik Orfe Mbinanın oyunda iştirak edib-etməyəcəyi maraqla gözlənilir.
Apasport.az saytına klubdan verilən məlumata görə, qabonlu hücumçunun sağlamlıq vəziyyəti hələ dəqiq bilinmir.
Mbinanın həftə ərzində məşqçilər korpusu və həkimlərin ümumi rəyi əsasında oynayıb-oynamayacağı müəyyən ediləcək.
Qeyd edək ki, Patrik Sloveniyanın “Maribor” klubundan mövsümün sonuna qədər icarəyə götürülüb.
1
0