Şahruddin gələcəyi ilə bağlı qərarsızdır
17.06.2024 - 15:56
Şahruddin gələcəyi ilə bağlı qərarsızdır

Azərbaycan millisinin və "Adana Demirspor"un qapıçısı Şahruddin Məhəmmədəliyevin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiq deyil. 

Apasport.az saytına verilən məlumata görə, qolkiperin gələcək karyerasının taleyinə gələn həftə aydınlıq gələcək. Bu həftə ərzində o, yeni mövsümlə bağlı seçim edəcək. 

Onun xidmətində "Neftçi", "Qarabağ", " Sabah" həmçinin Rusiya, Səudiyyə Ərəbistanı klubları maraqlıdır. Şahruddinin hazırkı komandası "Adana Demirspor" da Məhəmmədəliyevlə yeni bir illik müqavilə imzalayacaq.

0