Şahruddin Məhəmmədəliyev 4 ay sonra əsas heyətdə
04.12.2024 - 15:50
Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev dörd aydan sonra yaşıl meydanlara qayıdır.
Apasport.az xəbər verir ki, 30 yaşlı qolkiper Ağdam təmsilçisinin "Qəbələ"yə qarşı keçirəcəyi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alıb.
Qarşılaşma bu gün, saat 16:00-da start götürəcək.
Qeyd edək ki, oyunçu cari ilin avqustunda məşqdə zədələndikdən sonra əməliyyat olunmuşdu. Ş.Məhəmmədəliyev sonuncu dəfə avqustun 2-də, Misli Premyer Liqasının I turunda "Araz-Naxçıvan"a 4:1 hesabı ilə qalib gəldikləri görüşdə meydanda olub.
- Füzuli Məmmədov: "Bu işin öhdəsindən gələcəyik" - Açıqlama
- İdmançılarımızın medallarının korlanması ilə bağlı BOK-a müraciət olunacaq
- Olimpiya mükafatçımız: "Medalım bərbad hala düşüb" - VİDEO
- Paris-2024: Taekvondoçumuzun medalı korlanıb - FOTO
- "Flamenqo"nun baş məşqçisi: "Juninyo bizə çox kömək edəcək"
0
0