Bu gün Misli Premyer Liqasında keçiriləcək "Şamaxı" - "Turan Tovuz" oyunu yayımlanmayacaq.
Apasport.az xəbər verir ki, bu barədə "CBC Sport"un sosial şəbəkə hesabında məlumat verilib.
"24-cü turun bu oyununu göstərə bilməməyimizə səbəb bu gün səhər Bakı-Şamaxı yolunda əlverişsiz hava şəraiti ilə bağlı yaranmış ağır vəziyyət olub. Komandalar, oyunun təşkilatçıları və digər rəsmilərin əksəriyyəti ötən gün Şamaxı şəhərinə gəliblər. "CBC Sport" isə 24 turun start görüşlərini yayımladığı üçün səfərə yalnız bu gün - fevralın 23-ü səhər saatlarında yola düşməli olub. Lakin Şamaxı şəhərinə 97 kilometr qalmış yoldakı vəziyyət daha da ağırlaşdığından və qəza şəraiti yarandığından heyətin və texniki avadanlığın təhlükəsizliyini nəzərə alaraq geri qayıtmaq haqqında qərar qəbul olunub. Sona qədər bu oyunun verilməsi üçün çalışdıq. Lakin bizim üçün şəxsi heyətin təhlükəsizliyi, insanların sağlamlığı və həyatı hər şeydən vacibdir. PFL, AFFA, "Şamaxı" və "Turan Tovuz" klublarına dəstək olduqları, bizimlə bu çətin anlarda daim əlaqədə olduqları və vəziyyəti anlayışla qarşıladıqları üçün minnətdarlığımızı bildiririk. Azarkeşlərdən və tamaşaçılardan bu oyunu yayımlaya bilmədiyimiz üçün üzr istəyirik".
- II Liqada VIII turun təyinatları açıqlanıb
- Premyer Liqa: "Şamaxı" "İmişli"ni məğlub edib - YENİLƏNİB
- Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli olub
- Azərbaycan derbisinə doğru: Noyabr
- "Neftçi" və "Qarabağ" arasında baş tutan matçların 45-də hər iki komanda qol vurmağı bacarıb