Samir Abasov: “Bizim oyunlardakı hakimlik çox aşağı səviyyədədir”
29.03.2025 - 19:20
Samir Abasov: “Bizim oyunlardakı hakimlik çox aşağı səviyyədədir”

- Oyunda məntiqi sonluqlar istənilən kimi başa çatmırdı. Bunun səbəbi nədir? 
- Oyunda üstünlük "Neftçi"nin tərəfində idi. Görünən o idi ki, ikinci hissədə rəqibə epizod vermədən, 2 epizod əldə etdik. Ustalıqla bağlı şeylərdir. Aleks Fernandesin epizodunda bəxtsizlik oldu. 4-5 qol epizodu yaradırıqsa, yaxşı tərəfimizdir. Xal itirmək bizi üzür.

- Hakimlikdən narazı idiz?
- Bəli, çox narazı idim, çox əsəbiləşmişdim. Oyunun gedişatında səbirli olursan, amma epizodlar üst-üstə gələndə emosiyalarımızı saxlaya bilmirik. Bizim oyunlardakı hakimlik çox aşağı səviyyədədir. Səbəbini deyə bilmərəm. Bugünkü və bundan əvvəlki matçlarda da belə şeylər olurdu, temp öldürmək, bir tərəfli qərarlar. Bu da bizi narahat etməyə başlayıb.

- "Sabah"la matçda hansı dəyişiklik etmək istəyirsiz?
- Öz oyunumuza köklənməliyik. İlk oyun öz meydançamızdadır. Hər şeyi etməyə çalışacağıq. Qorxduğumuz məqamlar var. 2-3 oyunçunu da itirə bilərik. Onları təhlükəyə atmaq iatəmirik. Təki, komandanın oyunçuları sağlam olsunlar.

- Komandaya gələndən futbolçuları mental olaraq düzəltməyə çalışırsız. Millidən gələn oyunçuların psixoloji durumu daha pis idi?
- Hər bir azərbaycanlı uduzduğu üçün üzülür. Psixoloji durumdan əlavə, fiziki durumları ordan gələndə sonra yaxşı deyildi. Bir az Rza Cəfərovun zədəsi narahat edir ki, zədəli qayıtdı, zədəli-zədəli ilə də Belarusla oyuna buraxmışdılar. Bilmirəm niyə. Belə məqamlar bizi narahat edir ki, Rzanı itirə bilərik. Elvin Camalov psixoloji durumdan görünürdü ki, yaxşı deyil. O, burada uduzanda da, çox əsəbiləşən biridir. Xarakterli uşaqdır. Onunla danışdım. Deyiləsi bir şey yoxdur.

- "Sabah"la kubok görüşü haqda nə düşünürsüz? Sizi narahat edən nəsə var?
- Oyunqabağı neqativ bir şey yoxdur. Sabahdan məşqə gələndə həmin oyuna hazırlaşacağıq. Həmin oyuna görə neqativ heç nə yoxdur. Oyunçular barədə fərdi danışmaq istəmirəm. Sambu son oyunlarda qol vurur. Onu itirmək çox pisdir. Hələ də başa düşmürəm ki, onun qırmızısı niyə ləğv edilmədi. Epizodlar var ki, bundan da pisdir. "Nottingem Forrest" - "Mançester  Siti" görüşündə epizod oldu, hakim heç sarı vərəqə də göstərmədi.. Sambuya iki oyun niyə verildi? Məqsəd nə idi? Mənim üçün qaranlıq qalır. Bilməyəcəm də niyə belə oldu. Fakt odur ki, yersiz yerə oyunçumuzu itirdik.