Samir Abasov rəsmən "Neftçi"də
14.10.2024 - 10:51
Samir Abasov rəsmən "Neftçi"də

"Neftçi"nin yeni baş məşqçisi rəsmiləşib.

Apasport.az xəbər verir ki, bu posta Samir Abasov təyin edilib.

"Sumqayıt"ın mətbuat xidməti mütəxəssislə yollarını ayırdığını açıqlayıb.

Paylaşımda qeyd olunub ki, "Neftçi" ilə əldə olunmuş razılığa və çalışdırıcının şəxsi istəyinə əsasən tərəflər əməkdaşlığa son verib.

Qeyd edək ki, Abasov 2022-ci ildən "Sumqayıt"ı çalışdırırdı.

0