Santuşun Bakıya gəliş tarixi bəlli oldu
12.06.2024 - 12:39

Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş sabah Bakıya gələcək.
Bu barədə apasport.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah çalışdırıcının təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək. “Hilton” hoteldə təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.
Qeyd edək ki, portuqaliyalı ilə müqavilənin detalları da məhz həmin tədbirdə məlum olacaq.
1
0