"Səbail" "Turan Tovuz"un futbolçusunu transfer etdi
04.06.2024 - 13:22

"Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, son olaraq "Turan Tovuz"da çıxış edən Fərid Nəbiyevlə 1 illik müqavilə imzalanıb.
24 yaşlı futbolçu karyerasında “Slaviya" (Praqa, Çexiya) , “Şevardeni” (Gürcüstan), “Viktoriya" (Jijkov, Çexiya) və “Kəpəz” klublarının da formasını geyinib.
Qeyd edək ki, bu "Səbail"in yeni mövsüm üçün ilk transferidir.
- Cavid Hüseynov: “Sadəcə səthi yanaşırsız bu işlərə. Əsasən də…”
- Ayxan Abbasov: "Bu qələbə bizi daha da irəli apardı"
- "Şamaxı" "Səbail"i məğlub etdi - YENİLƏNİB
- Rahid Əmirquliyev: "Yaxın illərdə “Qarabağ”la mübarizə aparan komanda görməyəcəyik"
- Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub
0
0