"Səbail"in yeni baş məşqçisi bəlli oldu - Rəsmi
06.11.2024 - 12:36

"Səbail" komandasında baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək şəxs müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.
Komanda U-19-da işləyən Elvin Məmmədova həvalə olunub.
Qeyd edək ki, paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XII turunun matçından sonra istefa verib.
0
0