"Naxçıvan" basketbol komandası "Sərhədçi" ilə oyunda xarakter göstərib.
Apasport.az xəbər verir ki, bu barədə baş məşqçisi Nikola Bozinoski Naxçıvan təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasının IV turunda qalib gəldikləri qarşılaşma (76:69) ilə bağlı fikirlərini bölüşüb:
"İlk olaraq rəqibi təbrik edirəm. Yaxşı mübarizə apardılar. Birinci hissəni çox yaxşı başa vurduq. İkinci yarıya isə çox pis start verdik. Düşünürəm ki, buna hakim səhvləri çox təsir etdi. Amma daha sonra öz oyunumuza qayıda bildik. Ümumilikdə üçüncü periodu heç də yaxşı keçirmədik və yalnız bu periodda geriyə düşdük. Oyun zamanı yaxşı xaraktet göstərdik. Yekunda qələbə qazanmağı bacardıq. Komandamdan çox razıyam".
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ