Sezar Meza Kolli yenidən Azərbaycanda - RƏSMİ
15.10.2024 - 16:24
Sezar Meza Kolli yenidən Azərbaycanda - RƏSMİ

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Muxtar Respublika təmsilçisi Sezar Meza Kolli ilə anlaşıb. Azad agent statusuna malik 33 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizdə “İnter”/“Keşlə”/“Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.

0