Balotelli İtaliya klubu ilə anlaşacaq
15.10.2024 - 17:38
Balotelli İtaliya klubu ilə anlaşacaq

Mario Balotelli karyerası ilə bağlı qərar verib. 

Apasport.az xəbər verir ki, o, İtaliya klubuna keçə bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. 

“Cenoa” 34 yaşlı oyunçu ilə mövsum sonuna kimi razılığa gəlib.

Balotelli yeni komandasında 250-300 min avro qazanacaq.

Qeyd edək ki, italiyalı son olaraq Super Liqa təmsilçisi “Adana Demirspor”un formasını geyinib.

0