Son çempion Şamaxı səfərində - YENİLƏNİR
10.02.2026 - 09:41
Bu gün Misli Premyer Liqasında XIX tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, son gün iki qarşılaşma baş tutacaq.
İlk matç Şamaxıda keçiriləcək. Şəhərin eyniadlı komandası son çempion “Qarabağ”ı qəbul edəcək. Oyuna saat 14:30-da start veriləcək.
Qeyd edək ki, komandalar arasında baş tutan sonuncu görüş "Şamaxı"nın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Misli Premyer Liqası
XIX tur
14:30. "Şamaxı" – "Qarabağ"
Baş hakim: Kamal Umudlu
Şamaxı şəhər stadionu
0
0