Soyunub-geyinmə otağında insident: “SƏN MƏŞQÇİ DEYİLSƏN”
18.02.2026 - 16:52
Soyunub-geyinmə otağında insident: “SƏN MƏŞQÇİ DEYİLSƏN”

Futbol üzrə Azərbaycan I Liqasında XV tura start verilib.

"Səbail" səfərdə MOİK-ə minimal hesabla məğlub olub - 0:1.

Apasport.az saytının əldə etdiyi məlumata görə, oyundan sonra qonaq komandanın soyunub-geyinmə otağında insident yaşanıb.

Komandanın kapitanı Yusif Nəbiyev və baş məşqçi Adil Şükürov arasında mübahisə baş verib. Məşqçi oyundan çıxmaq istəməyən futbolçuya “Otağa girmə, sən futbolçu deyilsən”, – deyə bildirib. Yusif isə cavabında “Sən də məşqçi deyilsən”, – ifadəsini işlədib.