“Sumqayıt”da ayrılıq
11.09.2025 - 18:56
“Sumqayıt”da ayrılıq

"Sumqayıt"da ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, klubla futbolçu Kamran Quliyev arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

25 yaşlı futbolçu 2023-cü ildən klubda çıxış edib. Hesabında 35 oyun və 4 qol var.

Quliyev daha əvvəl "Şamaxı" və "Sabah" klublarının şərəfini qoruyub.