"Sumqayıt"dan 200-cü məğlubiyyət
24.02.2025 - 14:31
"Sumqayıt"dan 200-cü məğlubiyyət

“Sumqayıt” Azərbaycan çempionatında 200-cü məğlubiyyətini alıb.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turuna təsadüf edib.

Vaqif Cavadovun baş məşqçisi olduğu kollektiv səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzub.

Sumqayıtın eyniadlı komandası 424-cü matçda “200”ə çatıb. Məğlubiyyətlərin 88-i evdə, 112-si səfərdə qeydə alınıb. “Gənclik şəhəri” təmsilçisi ilk yenilgisini 2011-ci il avqustun 6-da, “Xəzər Lənkəran”la səfər görüşündə alıb – 1:2.

Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatları tarixinə 200 və daha çox oyunda uduzan 5-ci komandadır.