"Sumqayıt"ı Vaqif Cavadov çalışdıracaq - RƏSMİ
14.10.2024 - 16:49
"Sumqayıt"ı Vaqif Cavadov çalışdıracaq  - RƏSMİ

“Sumqayıt”ın müvəqqəti baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

“Gənclik şəhəri” təmsilçisini matçlara Vaqif Cavadov çıxaracaq. O, yeni baş məşqçinin təyinatına qədər komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, Cavadov klubun əvəzedicilərdən ibarət komandasının çalışdırıcısıdır.

0