UEFA "Qarabağ"a 1.2 milyon avro ödəyəcək
23.02.2024 - 10:38

UEFA Avropa Liqasının 1/8 finalına yüksələn ölkə çempionu Avropa futbol qurumundan 1.2 milyon avro alacaq.
Apasport.az xəbər verir ki, Ağdam klubu pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu mübarizədən kənarlaşdırmaqla buna nail olub.
Qeyd edək ki, "köhlən atlar" Portuqaliyada rəqibini 4:2 hesabı ilə məğlub etmişdi. Bakıdakı cavab qarşılaşmasının əsas vaxtında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxta ehtiyac duyulub. Burada "Braqa"dan güclü olan (2:1) Ağdam klubu ümumi hesabda (6:5) Portuqaliya təmsilçisini üstələyərək mərhələ adlayıb.
1
0