
Misli Premyer Liqasının IV turunun "Neftçi" - "Sabah" matçından (0:0) sonra qonaqların baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
"Hər iki komanda üçün nəticə önəmli idi. "Neftçi" qalib gəlməmişdi, biz də son oyunda istədiyimiz nəticə ilə üzləşməmişdik. Daha çox əks-hücumlarımız oldu. Birinci hissədə çox səhvlər buraxdıq. Mövsüm ərzində edə biləcəyimiz maksimum səhvləri buraxdıq. İkinci hissədə oyunun ritmi yaxşı idi. Sonradan meydana daxil olanlar yaxşı təsir bağışladılar. İrəlidə bu qədər az fürsət yaradırsansa, çətindir. Rəqibin də qol fürsəti oldu. Oyunun nəticəsi ədalətli idi".
- Azərbaycan millisini Fernandu Santuş və Ayxan Abbasovun rəhbərliyi altında görmüsüz. Abbasov gəldikdən sonra Abdulla Xaybullayevi də milliyə dəvət etdi. Sizcə, yerli, yoxsa xarici məşqçi Azərbaycan millisi üçün yaxşıdır?
- Bu sual mənim üçün deyil. Mən "Neftçi"-"Sabah" matçı haqda nə qədər istəsəz danışa bilərəm. Amma bu, mənə aid olan məsələ deyil. Azərbaycna xalqının, AFFA-nın seçimi olmalıdır. Rəhbərlik seçməlidir. Bilməlidirlər ki, strukturu necə qurulacaq.
- Üç oyunda cəmi 4 xal yığmısız. Bu cür gözləntiniz var idi, yoxsa fikirləşirdiz ki, 3 matçdan 9 xal da toplamaq olar?
- Mən gəlmədən öncə hara gəldiyimi bilirdim. Burada çempionatın gərgin olduğunu bilirdim. Çempionatı izləyirdim. Çünki bəzi oyunçularım var idi ki, rəhbərliyim altında oynayıblar, burada çıxış edirdilər. 4 xal bizim üçün gözləmədiyim idi. Amma bu mövsümün başlanğıcında normal ola bilər. Bəhanələr gətirmək istəmirəm. Çox inkişaf etməliyik. Bu gün önəmli oyunçularımızdan Sekidika, Zidan, Noqeyra yox idi. Bu da mövsümboyu baş verəcək, zədəlilər olacaq. Andrey Souza debüt etdi, Tellur Mütəllimov uzun müddətdən sonra oynadı. Qığılcımlar olduqca inanıram ki, gələcəkdə böyüyəcəyik, qələbələr olacaq. Bu görüşdə də çalışdıq. Bəzi şeylər alınmadı. Onların üzərində işləməliyik. Sabah artıq yeni məşqimizə başlayırıq, qarşıdakı matça hazırlaşırıq.