Misli Premyer Liqasının XIX turunun "Neftçi" - "Qəbələ" matçından (1:0) sonra ev sahiblərinin baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Komanda ilk hissədə yaxşı oynadı, amma fasilədən sonra bunu görmədik…
- İlk hissədə yaxşı oynadıq. Fərqi artıra da bilərdik. Digər məsələ isə psixologiya ilə bağlıdır. Hesaba görə müdafiədə durmağa seçim verdilər. Daha yaxşı oyun gözləyirdik. Oyunçularıma dedim ki, bizə bu gün qələbə lazımdır. Onlar da buna nail oldular. Oyun yaddan çıxır, hesab isə yadda qalır".
- Mətbuatda yazılanlara görə, “Neftçi” - “Qarabağ” matçının təxirə salınmasından narazısınız…
- Hansı mediada yazılıb? Desələr oynayın, oynayacağıq. Desələr oynamayın, oynamayacağıq.
- "Qarabağ"la oyun sıradan olacaq, yoxsa xüsusi motivasiya ilə?
- Azərbaycan çempionatında 12 komanda var. Bizə görə onlardan biri bizik və 11 rəqibimiz var. Onların kimliyi fərq etməz - “Qarabağ”, “Zirə” və ya “Kəpəz”. İstəyirəm ki, qələbə qazanaq.
- Bu gün meydanda təcrübəli hakim var idi. Nə dərəcə razı qaldız?
- Mən baş məşqçiyəm hakimləri şərh edə bilmərəm. Bunun üçün komitə var. Səmimi deyim ki, bəzi qərarlarla razı deyiləm. Hakimlər də insandır. Onlar da səhv edə bilər. Qərəzli yanaşma görmədim.
- Yeni transferiniz Breno Almeyda barədə nə deyə bilərsiniz?
- Uzun müddətdir ki, onu izləyirik. “Neftçi”də çox yaxşı skautinq var. Onu görməyimiz üçün şərait yaradıldı. Həm bizim skautların, həm də məşqçi heyətinin çox xoşuna gəldi. Həm cinahlarda, həm də mərkəz hücumda yaxşı çıxış edə bilər. Yaxşı driblinq texnikası və sürəti var. Mənim ondan gözləntilərim çox böyükdür. Düşünürəm ki, sabahdan başlayaraq məşqlərə qoşulacaq. Əlbəttə, kollektivə uyğunlaşması üçün vaxt lazımdır. Dərhal onu meydana buraxa bilmərəm. Tanış olmaq, məşqlərdə izləmək lazımdır. Daha sonra qərar veriləcək.
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım
- Qurbanov Nərimanın gedişi barədə: "Onu da başa düşmək lazımdır"
- Ayxan Abbasov: “Qarabağ”a qarşı aqressiyasız oynamaq mümkünsüzdür"
- Qurban Qurbanov: Futbolçu deyir ki, mənə yaxşı təklif var. Gedim, yoxsa qalım?