Azərbaycanlı atlet Ramil Quliyevin Türkiyə yığmasının heyətindəki parlaq çıxışı ona daha bir mükafat qazandıra bilər. Apaspot.az saytının məlumatına görə, Quliyev Avropada avqust ayının ən yaxşısı seçilməyə çox yaxındı.
Belə ki, Avropa Atletika İttifaqı hər ay internetlə aparılan sorğu vasitəsilə ən yaxşıları müəyyənləşdirir. Qurum avqust ayının ən yaxşı atleti nominasiyası üçün namizədlərin adlarını açıqlayıb ki, onlar arasında həmyerlimiz də var. Ramil Quliyev buna Londonda keçirilən dünya çempionatında qızıl medal qazanmaqla nail olub.
Tvitter və feysbuk səhifələrində aparılan səsverməyə sentyabrın 4-də yekun vurulacaq.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub