Sumqayıtda taekvondoçular arasında "Koreya səfiri kuboku" keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasından (ATF) apasport.az saytına verilən məlumata görə, ATF və Koreyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə baş tutacaq yarışda gənc idmançılar qüvvəsini sınayacaqlar.
Sayca üçüncü olan turnir sentyabrın 16-da start götürəcək. 2 gün davam edəcək yarış Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq. "Koreya səfiri kuboku"da respublikamızda fəaliyyət göstərən taekvondo bölmələri və klubları, 2000-2003-cü il təvəllüdlü gənc idmançıları iştirak edəcəklər.
Qeyd edək ki, analoji yarış birinci dəfə Qubada, ötən il Qəbələdə təşkil olunub.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub