Misirin Şarm Əl-Şeyx şəhərində yeniyetmə taekvondoçuların dünya birinciliyi keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, sayca 3-cü olan birincilikdə Azərbaycan yığması da iştirak edəcək.
Komandamız artıq Misirə yollanıb. Avqustun 24-də başlayacaq və 4 gün davam edəcək.
9 idmançı ilə mundialda təmsil olunacaq komandamızın heyətində oğlanlardan Nihad Əlizadə (33 kq), Riyad Şirəliyev (37 kq), İsmayıl İsmayılov (41 kq), Yaşar Məmmədli (45 kq), Nihad Abbasov (49 kq) və Pərviz İskəndərov (53 kq) yer alıb. Qızlardan isə Aydan Əliyeva (44 kq), Aylin Eynullayeva (47 kq) və İlahə Quluzadə (59 kq) dayanq üzərinə çıxacaq.
Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə dünya birinciliyinə qatılacaq millimi vətənə avqustun 29-da dönəcək.
Yarışda ölkəmizi beynəlxalq dərəcəli hakim Elşad Məmmədov da təmsil edəcək.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub