[b]Yığmamız Dünya Kubokundan kənarda qaldı[/b]
29.05.2018 - 11:58
Atıcılıq üzrə Azərbaycan millilərində problemlər davam edir. Apasport.az saytının məlumatına görə, güllə atıcılığı üzrə komandamızın ardınca stend atıcılarımız da Dünya Kubokundan kənarda qalıblar.
Belə ki, iyunun 5-15-də Maltada Dünya Kuboku təşkil olunacaq. Beynəlxalq İdman Atıcılıq Federasiyası artıq iştirakçı ölkələrin siyahısını açıqlayıb. Cədvəldə 58 ölkənin millisi yer alsa da, Azərbaycan yığması yoxdu. Bu isə təmsilçilərimizin yarışdan kənar qalmasıdı.
Qeyd edək ki, ötən həftə güllə atıcılarımız da son anda maliyyə probleminə görə Dünya Kubokuna yollana bilməmişdi.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0