Şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov verib.
Açılış mərasimi sabah keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunan mətbuat konfransında çıxış edən Məmmədov qeyd edib ki, yarışa bir sıra məşhur qrossmeysterlər Olimpiadaya fəxri qonaq kimi dəvət edilib. Onlar arasında 12-ci dünya çempionu Anatoli Karpov da var. Rusiyalı şahmatçı artıq ölkəmizə gələcəyini təsdiqləyib.
Məmmədov bildirib ki, Azərbaycan şahmatının yetirməsi olan, erməni əsilli 13-cü dünya çempionu Harri Kasparov isə Olimpiadanın qonaqları sırasında yer almayıb. Buna FİDE-nin ona tətbiq etdiyi cəza imkan verməyib. Çünki Kasparova qurumun bayrağı altında keçirilən yarışlarda qonaq kimi də iştirakına qadağa qoyulub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı