Yankoviç üçün əlamətdar matç
29.10.2024 - 23:52

Marko Yankoviç "Qarabağ"ın heyətində 100-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XI turunun “Şamaxı” ilə matçına (3:0) təsadüf edib.
2022-ci ilin yayından klubda forma geyinən 29 yaşlı futbolçu 100 oyunda 7 qol vurub. O, Premyer Liqada 53 (3 qol), ölkə kubokunda 8 (1 qol), avrokuboklarda 39 (3 qol) matça çıxıb.
Qeyd edək ki, Yankoviçin "Qarabağ"dakı debütü 2022-ci il iyulun 5-də gerçəkləşib. O, Çempionlar Liqasının I təsnifat mərhələsinin “Lex”lə səfər matçında meydana çıxıb.
0
0