İyunun 8-də Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında beynəlxalq turnir start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan yığması da mübarizə aparacaq.
Ölkəmiz turnirə 11 boksçu ilə qatılacaq. Komandamızın baş məşqçisi Vaqif Şirinov Kutaisidə Vüqar Hüseynov (49 kq), Tacəddin Maməliyev (56 kq), Nurlan Səfərov, Nəbi İsgəndərov (hər ikisi 60 kq), Məhəmmədəli İsmayılov, Səbuhi Abışov (hər ikisi 64 kq), Nicat Həsənov (69 kq), Məhəmməd Yusifov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədova (+91 kq) şans verəcək.
Yarışda Gürcüstan, Azərbaycan, Rusiya, Ermənistan və Qazaxıstan yığmaları iştirak edəcəklər.
Qeyd edək ki, bu gün axşam saatlarında səfərə çıxacaq komandamız iyunun 12-də Vətənə dönəcək.
Mənbə: abf.az
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək