Zamiq oynadı, komandası qalib gəldi
06.03.2025 - 10:54
Zamiq oynadı, komandası qalib gəldi

Albaniyada ölkə çempionatının XXVIII turunun bir sıra oyunları keçirilib. 

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” "Dinamo" (Tirana) ilə qarşılaşıb.

Qarşılaşma "Eqnatiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydana start heyətində çıxan Əliyev matça əlavə olunmuş dəqiqələrdə əvəzlənib.

Qeyd edək ki, hazırda "Eqnatiya" 52 xalla liderliyini davam etdirir.