“Zirə”də 2 yeni müqavilə
12.06.2025 - 12:40

“Zirə” 2 futbolçusu ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Anar Nəzirovla 1 illik yeni müqavilə bağlanılıb.
Həmçinin İsmayıl İbrahimli “Qarabağ”dan komandaya transfer olunub. Son iki mövsümü icarə əsasında “Zirə”də keçirən yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
0
0