Azərbaycan Premyer Liqasının XVIII turunun "Zirə" – "Kəpəz" oyunu (2:2) başa çatdıqdan sonra vərəqə verilən oyunçuların adlarına aydınlıq gəlib.
Apasport.az-ın xəbərinə görə, baş hakim Nicat İsmayıllı legioner futbolçular arasında yaşanan münaqişə səbəbindən 6 vərəqə göstərib.
Bunlardan 5-i sarı, 1-i qırmızı vərəqə olub. Sarı vərəqələr "Zirə"dən Benin əsilli fransalı Moiz Adileu, yunan Dimitris Xadakias, "Kəpəz"dən gürcü futbolçular – Mixail Erqemlidze, Mate Kvirkvia və nigeriyalı Əhməd Ayzayaya göstərilib. 90+1-ci dəqiqədə Erqemlidze sarı vərəqə aldığından, bunun onun 2-ci xəbərdarlığı olub. Nəticədə gürcü futbolçu növbəti tur matçını buraxmalı olacaq.
Xatırladaq ki, matç ərzində "Zirə" və "Kəpəz"in 2 futbolçusu qırmızı vərəqə alıb. "Zirə"dən Coşqun Diniyev (18), Nemanya Ancelkoviç (22), "Kəpəz"dən Elçin Əlicanov (58) və Georgi Kantaria (90+2) meydandan qovulub.
Səbuhi Musa