"Zirə"nin 2 futbolçusu milliyə çağırılıb
19.03.2024 - 12:58

“Zirə”nin futbolçuları İssa Cibriela və Eldar Quliyev milli komandaya dəvət alıb.
Apasport.az xəbər verir ki, bu barədə qəsəbə klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçular müvafiq olaraq Niger və Ukrayna (U-23) millilərinə çağırılıb.
İssa Cibrielanın şərəfini qoruduğu Niger yığması yoxlama oyununda Toqo, Eldar Quliyevin çıxış etdiyi Ukrayna (U-23) isə Yaponiya (U-23) millisinə qarşı mübarizə aparcaq.
0
0