ABL: “Şəki”dən ev qələbəsi
20.10.2024 - 16:59
ABL: “Şəki”dən ev qələbəsi

Azərbaycan Basketbol Liqasında I turun növbəti görüşü keçirilib.

Apasport.az xəbər verir ki, "Şəki" "Quba"nı sınağa çəkib.

Olimpiya İdman Komleksində reallaşan qarşılaşma meydan sahiblərinin 90:83 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Naxçıvan" "Neftçi"ni 84:79, "Abşeron" NTD-ni 75:69, "Gəncə" "Lənkəran"ı 90:75, "Sabah" isə "Sərhədçi"ni 80:53 hesabı ilə məğlub edib.

 

0