Anar Hacıyev: "Müdafiədə çoxlu səhvlər etdik"
29.01.2025 - 17:51

"Əsas oyunçuların zədəli olmasına görə rotasiyada böyük problemlər yaşadıq".
Apasport.az xəbər verir ki, bunu "Ordu" basketbol komandasının məşqçisi Anar Hacıyev "Gəncə"yə 62:81 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib:
"Bizə qarşı xüsusi hazırlaşmışdılar. Oyun ərzində müdafiədə çoxlu səhvlər etdik. Ribaundlarda və atışlarda “Gəncə” bizdən üstün oldu. Nəticə də göz qabağındadır”.
0
1