“Sabah” “Trabzonspor”a qarşı - YENİLƏNİR
14.10.2026 - 11:20
Bu gün “Sabah” basketbol komandası FIBA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, komanda müntəzəm mövsümün ikinci turunda Türkiyənin “Trabzonspor” klubunun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan çempionu ilk turda səfərdə “Ritas”a 73:82 hesabı ilə məğlub olub.
0
0