Türkiyə Super Liqasında II turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün 4 matç baş tutub.
"Konyaspor" "Qaziantep"i, "Gençlerbirliği" "Antalyaspor"u məğlub edib.
"Başakşehir" "Kayserispor"dan güclü olub - 1:0.
"Beşiktaş" isə "Eyüpspor"u qəbul edib. Matçda hesabı meydan sahibləri açıb. Temmi Abraham penaltini dəqiq yerinə yetirib. Lakin qonaqlar bərabərlik topunu vurmağı bacarıb. Mame Tiam fərqlənib. Matçın son dəqiqələrində Rafa Silva "qara qartal"a qələbə qazandıran topu vurub - 2:1.
Türkiyə Super Liqası
II tur
17 avqust
"Konyaspor" – "Qaziantep" 3:0
"Gençlerbirliği" – "Antalyaspor" 0:1
"Başakşehir" – "Kayserispor" 1:0
"Beşiktaş" – "Eyüpspor" 2:1
- MOK-dan etiraz: “Arsax” adlı musiqinin istifadəsindən narahatıq"
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
- ÇL: Pley-off cütləri müəyyənləşdi - YENİLƏNİB
- Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib