Beyl 64 illik həsrətə son qoydu
22.11.2022 - 09:01
Qətərdə keçirilən dünya çempionatındakı ilk oyun Uels yığmasının kapitanı Qaret Beyl üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu ABŞ-la görüşdə komandasına 1 xalı qazandıran qola imza atmaqla (1:1) 64 illik həsrətə son qoyub.
Beyl Uels yığmasının 1958-ci ildən bəri mundiallarda ilk qolunun müəllifi olub. Ona qədər sonuncu dəfə DÇ-1958-də Macarıstanla qarşılaşmada Terri Meduin fərqlənmişdi.
Qeyd edək ki, Uels B qrupunda növbəti oyununu noyabrın 25-də İrana qarşı keçirəcək.
0
0