“Tottenhem”də “Qalatasaray”la matç öncəsi ciddi itkilər
05.11.2024 - 21:15
“Tottenhem”də “Qalatasaray”la matç öncəsi ciddi itkilər

"Tottenhem"də ciddi itkilər baş verib.

Apasport.az xəbər verir ki, komandanın 2 futbolçusu Avropa Liqasının "Qalatasaray"la matçını buraxacaq.

Kristian Romero Premyer Liqanın "Aston Villa" ilə matçında zədələnib. Argentinalı futbolçu 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Miki van de Venin isə zədəsi davam edir.

Qeyd edək ki, "Qalatasaray" - "Tottenhem" qarşılaşması noyabrın 7-də saat 21:45-də start götürəcək.

0