Bolqarıstan millisinin kapitanı: "Azərbaycan millisi ciddi rəqibdir"
24.03.2024 - 19:48
Bolqarıstan millisinin kapitanı: "Azərbaycan millisi ciddi rəqibdir"

"Azərbaycan - Monqolustan matçını tam izləməmişik. Bəzi epizodlara baxdıq. Həmin oyunda güclü olan tərəf Azərbaycan idi. Biz də sabahkı rəqibimizi analiz etmişik, hazırlaşmışıq"

Apasport.az xəbər verir ki, bu sözləri Bolqarıstan milli komandasının kapitanı Kiril Despodov deyib.

O, "FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 25-də, saat 20:00-da Azərbaycan millisinə qarşı keçiriləcək oyundan öncə keçirilmiş mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:

- Komanda yoldaşın Aleksandr Kolev bildirib ki, "Azərbaycan daha ciddi komandadır. Futbolçularının yarısı "Qarabağ"da oynayır və onların da "Bayer"ə nələr etdiklərini gördünüz". Sən də belə düşünürsən? 
- Bəli, təsdiq edirəm. Azərbaycan millisi ciddi rəqibdir. Paltardəyişmə otağında heç kim sabahkı matçın bizim üçün rahat olacağını fikirləşmir. Amma ilk növbədə rəqib haqda düşünmürük, öz oyunumuz barədə fikirləşirik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, müsbət nəticə qazanmağı planlaşdırırıq.

0