Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilib.
Püşkdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.
"Köhlən atlar" III təsnifat mərhələsinə vəsiqə qazanarsa, "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
III mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab görüşləri bir həftə sonra baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn"la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü iyulun 30-da evdə keçirəcək.
- “Nyukasl”ın “Qarabağ”la matçlar üçün HEYƏTİ
- MOK-dan etiraz: “Arsax” adlı musiqinin istifadəsindən narahatıq"
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
- ÇL: Pley-off cütləri müəyyənləşdi - YENİLƏNİB