DÇ-2026: Mərakeş 1/4 finalda - YENİLƏNİB
04.07.2026 - 23:04
DÇ-2026: Mərakeş 1/4 finalda - YENİLƏNİB

2026-cı il dünya çempionatında bu gün 1/8 final mərhələsinin oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında turnirin ev sahiblərindən biri olan Kanada millisi Mərakeş yığması ilə üz-üzə gəlib.

Matçın ilk hissəsi qolsuz bərabərliklə nəticələnib. Hesab ikinci yarıda açılıb. Əzzədin Unahi fərqlənib. Görüşün sonlarında Unahi dublunu rəsmiləşdirib. Oyunda son nöqtəni Sufyan Rahimi qoyub - 3:0.

Qeyd edək ki, Mərakeşin 1/4 final mərhələsindəki rəqibi Fransa - Paraqvay duelinin qalibi olacaq.

DÇ-2026
1/8 final
4 iyul

21:00. Kanada – Mərakeş 0:3
Qollar: Ə. Unahi, 50, 82, S. Rahimi, 90
Kanada:
 16 Maksim Krepo, 2 Alister Conston, 4 Lyuk de Fujerol, 15 Moiz Bombito, 22 Riçi Lariya, 23 Niko Siqur, 7 Stiven Estaquio, 10 Conatan Devid, 12 Tani Oluvaseyi, 17 Tejon Byukenen, 20 Ali Ahmed.
Ehtiyat oyunçular: 1 Deyn Sent-Kler, 18 Ouen Qudmen, 3 Alfi Cons, 5 Coel Votermen, 13 Derek Kornelius, 19 Alfonso Deviz, 6 Matye Şuanyer, 11 Liam Miller, 14 Ceykob Şaffelburq, 21 Conatan Ozorio, 25 Natan Saliba, 9 Kayl Larin, 24 Promis Devid, 26 Ceyden Nelson.
Baş məşqçi: Cesse Alan Marş
Mərakeş: 1 Yassin Bunu, 2 Əşrəf Hakimi, 3 Nussair Məzraui, 14 İssa Diop, 25 Reduan Halhal, 6 Əyyub Buaddi, 8 Əzzədin Unahi, 11 İsmael Saybari, 23 Bilal Əl-Xanus, 24 Neil Əl-Aynaui, 10 Brahim Dias.
Ehtiyat oyunçular: 12 Munir Əl-Kajui, 22 Əhməd Reda Taqnauti, 5 Məruan Saadan, 13 Zakariya Əl-Uahdi, 18 Şadi Riad, 19 Yusif Belammari, 26 Ənəs Salah Eddin, 4 Sofyan Amrabat, 7 Şəmsəddin Talbi, 15 Samir Əl-Murabit, 16 Gessim Yassin, 9 Sufyan Rahimi, 17 Amin Sbai, 20 Əyyub Əl-Kaabi, 21 Əyyub Amaimuni.
Baş məşqçi: Mohamed Vahbi