DÇ-26: Belçika İranla xal döyüşündə - YENİLƏNİR
21.06.2026 - 17:33
DÇ-26: Belçika İranla xal döyüşündə - YENİLƏNİR

2026-cı il dünya çempionatında G qrupunun II tur oyunları davam edir.

Apasport.az xəbər verir ki, Belçika millisi İranla qarşılaşacaq.

Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hər iki komanda mundiala heç-heçə ilə start verib. Belçika ilk turda Misirlə 1:1, İran isə Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib.

Qeyd edək ki, G qrupunun digər oyununda Yeni Zelandiya Misirlə üz-üzə gələcək.

Dünya çempionatı
G qrupu, II tur
21 iyun

23:00. Belçika – İran