Əliyar Ağayev Avropa Liqası matçında
01.08.2025 - 17:01
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Ağayev UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək RFS (Latviya) – “KuPS Kuopio” (Finlandiya) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. İngiltərəli Maykl Selisberi VAR, digər referimiz İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma avqustun 7-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək.
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
- Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”
0
0